İstanbulda bir qrup tərəfindən polis maşınına partlayıcı maddələrlə hücum olub.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Bağcılar rayonunda baş verib.
İlkin məlumata əsasən, icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup tərəfindən bölgədəki polis avtomobilinə süni üsulla düzəldilmiş partlayıcı maddələr və daş parçaları atılıb.
Bölgəyə əlavə təhlükəsizlik qüvvələri və helikopterlər cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.