Astara rayonunda bıçaqlanan şəxslərdən ikisinin adı məlum olub.

"Unikal"ın məlumatına görə, bunlar 1990-ci il təvəllüdlü Samir Etibar oğlu Mehdiyev və qardaşı 1988-ci il təvəllüdlü Zeynal Etibar oğlu Mehdiyevdi.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın  sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəlini bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

*** 17:11

Astarada bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Astara rayonunda 3 nəfər bıçaqlanıb. Onlardan ikisinin qardaş olduğu bildirilir. 

Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. 

Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Xəlil Əliyev