"Bavariya"nın futbolçusu Joao Palinya zədələnib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi Portuqaliya millisinin heyətində məşq zamanı sıradan çıxıb. O, adduktor əzələlərini zədələyib.
"Bavariya"nın yaydığı açıqlamada bildirilib ki, Palinya bir neçə həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Joao ötən yay "Fulhem"dən "Bavariya"ya keçib. O, cari mövsümdə bütün turnirlərdə 13 görüşdə iştirak edib. Futbolçunun klubla əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.