ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 79-cu maliyyə naziri vəzifəsinə Skott Bessentin namizədliyini irəli sürüb.

"Unikal" xəbər verir ki, Tramp Xəzinədarlıq rəhbəri postuna investor namizədini belə təsvir edib.

“Skott dünyanın aparıcı beynəlxalq investorlarından, geosiyasi və iqtisadi strateqlərdən biri kimi böyük hörmətə malikdir. Skottun hekayəsi Amerika xəyalının nümunəsidir”,

Skott Bessent amerikalı investor, xeyriyyəçi və pedaqoq, Key Square Group-un yaradıcısıdır. "Forbes"in məlumatına görə, o, "Soros Fund Management"də baş investisiya direktoru vəzifəsində çalışıb.