Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Əlincə kənd mərkəzində seçiciləri ilə növbəti görüş keçirib.
"Unikal" xəbər verir ki, görüşdə Əlincə, Xanəgah, Göydərə, Saltaq və Xoşkeşin kəndlərindən olan seçicilər iştirak ediblər. Deputat Vüqar Rəhimzadə görüşdə seçicilərin müraciətlərini dinləyib, onların qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Deputat, həmçinin vətəndaşları fərdi qaydada da qəbul edərək müraciət və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.