Ermənistanın Kotayk vilayətində bir nəfər qumbara partlatmaq istəyib.
"Unikal" bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis əməkdaşları onu dilə tutaraq fikrindən daşındıra biliblər.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edilir ki, hadisə yerində döyüşə yararlı iki qumbara və narkotik vasitəyə oxşar maddə aşkarlanıb.
Faktla bağlı cinayət işi qaldırılıb.