"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya kəşfiyyat xidməti Mİ-6 Belarusda sabitliyi pozmaq üçün Kalinovski alayının birləşməsindən istifadə etməyi planlaşdırır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı deyib.
"MKİ və Mİ6 gələn il keçiriləcək prezident seçkilərini nəzərə alaraq, Belarusda sabitliyi pozmaq üçün Kalinovski alayının əməkdaşlarından istifadə etməyi gözləyir", - Narışkin ifadə edib.
Oktyabr ayında Belarus prezidenti Aleksandr Lukaşenko dövlətin seçkilərə hazır olduğunu və bütün təxribatlara cavab vermək qabiliyyətini açıqlamışdı.
Gülayə Mecid