Noyabrın 23-də Avropa Cüdo Federasiyası Macarıstanın paytaxtı Budapeşt şəhərində 49 ölkədən 140 nümayəndəni bir araya gətirən Avropa Cüdo İttifaqının 76-cı Konqresini keçirilib.
"Unikal" xəbər verir ki, konqresdə Azərbaycandan olan nümayəndələrdə iştirak ediblər.
Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin VII Çağırış deputatı, Gənclər və İdman Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının İdarə Heyətinin üzvü Asif Əsgərov, Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse- prezidenti Rəşad Rəsullu tədbirdə iştirak ediblər.
Qeyd edək ki, tədbirə Təşkilatın gələcəkdə daha çox təcrübəyə və yeni perspektivlərə nail olması üçün dünya ölkələrinin nümayəndələri də dəvət olunublar. Eyni zamanda tədbirdə Avropa Cüdo Federasiyasının prezidenti Laslo Totla bərabəbər Ümumdünya Cüdo Federasiyasiyasının prezidenti Marios Vizerdə iştirak edib.
Tədbirin əsas məqsədi Avropa Cüdo Federasiyasının yeni prezidentinin seçilməsi və bu sahəyə diqqətin dahada artırılmasından ibarət olub.
Tədbirdə Cüdo idman növünün dahada inkişaf etdirilməsindən, eyni zamanda digər idman növlərinə müqayisədə Olimpiadalarda, müxtəlif yarışlarda və turnirlərdə bu idman növündə qazanılmış uğur və nailiyyətlərdən danışılıb. Qeyd edək ki, Laslo Tot yenidən daha 4 il müddətinə Avropa Cüdo Federasiyasının prezidenti seçilib.
İcraiyyə Komitəsinin iclasında yeni təkliflər irəli sürülüb. İlk dəfə olaraq vitse-prezident vəzifəsinə iki qadın nümayəndə seçildib Qeyd edək ki, Avropa Cüdo İttifaqı tarixində ilk dəfə olaraq vitse-prezident vəzifələrində iki qadın fəaliyyət göstərəcək.
Rəsmi müzakirələr başa çatdıqdan sonra Azərbaycandan olan nümayəndə heyəti şəhər kənarındakı XVII pilləkən, Böyük pilləkən, Qübbə salonu və Həmyaşıdlar Palatası ilə tanış olublar.
Qeyd edək ki, Avropanın ən qədim qanunvericilik binalarından biri olan Macarıstanın məşhur simvolu və məşhur turistik məkanı olan Parlament binasında olarkən Olimpiya mükafatçısı, parlamentin millət vəkili Szabo Tünde ilə görüşlər keçirilmiş eyni zamanda müxtəlif müzakirələr aparılıb.
Görüşdə ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsi eyni zamanda əməkdaşlığın daha da yüksəldilməsinə mühüm təsir göstərəcəyi bir daha vurğulanıb.