Suriyada silahlı müxalifət və Əsəd rejimi əleyhdarı olan qruplar strateji əhəmiyyətli Səraqib şəhərinə daxil olublar.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda Türkiyə ilə sərhəd boyunca partlayış səsləri eşidilir. 

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli bildirib ki, Türkiyə hakimiyyəti qonşu Suriyada vəziyyətin yeni destabilizasiyasının qarşısını almağı vacib hesab edir. 

"Sərhədimizin sıfır nöqtəsində yerləşən İdlib və ətraf bölgədə sakitliyin qorunması Türkiyə üçün prioritetdir", - diplomat bildirib.