Arkadi Tonoyan Ermənistanın Hindistandakı hərbi attaşesi təyin edilib.

"Unikal" xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb. Tonoyan üç il müddətinə Yeni Dehlidə iqamət edəcək.

Qeyd edək ki, Hindistan son illər Ermənistan Silahlı Qüvvələri üçün əsas silah təchizatçısına çevrilib.