Rusiyalı general-polkovnik Rüstəm Muradov Rusiya Quru Qoşunlarının baş komandanının müavini vəzifəsinə təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki etibarlı mənbəyə istinadən KİV-in məlumatında deyilir.
Müdafiə Nazirliyi quru qoşunlarının rəhbərliyində kadr dəyişikliyi ilə bağlı rəsmi açıqlama verməyib.
Muradov buna qədər Ukraynada hərbi əməliyyatlar zonasında yerləşən “Vostok” qoşun qrupuna, həmçinin Şərq Hərbi Dairəsinin qoşunlarının birgə strateji komandanlığına rəhbərlik edib. O, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı olub.
Muradov 1973-cü ildə Dağıstanda anadan olub. O, Sankt-Peterburq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbində, Silahlı Qüvvələrin Əlahiddə Ümumqoşunlar Akademiyasında və Baş Qərargahın Hərbi Akademiyasında təhsil alıb. Rusiyanın Suriyadakı əməliyyatı zamanı o, hərbi məsləhətçi olub.