Bələdiyyə seçkilərinə heç bir müşahidəçi dəvət etməyəcəyik.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, əgər MSK-ya bu barədə müraciət edilsə, qəbul olunacaq: "Kim bizə müraciət edəcəksə, təbii ki, qəbul edəcəyik. Amma biz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".