“Cülyetta” sərnişin gəmisi Sankt-Peterburqda Bolşaya Nevka sularında estakadada batıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğunun "Telegram" kanalında məlumat verilib.

Hadisə Vıborqskaya sahilindəki 45 saylı evin qarşısında baş verib. Neft məhsullarının qismən dağılması baş verib.

İdarədən bildirilib ki, üzən maneələrin quraşdırılması istiqamətində tədbirlər həyata keçirilib, ayrı-ayrı neft sızıntıları aktiv köpüklə təmizlənib.

İtkilər barədə məlumat verilmir. Sankt-Peterburq Nəqliyyat Prokurorluğu araşdırma aparır.