Latviya Xarici İşlər Nazirliyi 13 Gürcüstan vətəndaşını persona non qrata elan edib və onların Latviya ərazisinə girişinə qadağa qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Xarici işlər naziri Baiba Braje 13 Gürcüstan vətəndaşının Latviya Respublikasında persona-non-qrata siyahısına daxil edilməsi barədə qərar qəbul edib", - departamentin saytında bildirilib.

Bu şəxslərin Latviyaya girişi qeyri-müəyyən müddətə qadağandır, adları açıqlanmır.

Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, qərar digər Baltikyanı respublikalarla razılaşdırılaraq qəbul edilib.