Ağstafa şəhəri, Rafiq Alıcanov küçəsində yerləşən və ümumi sahəsi min kv metr olan ticarət obyektinin istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, “Tamstore” MMC-nin baş icraçı direktoru Ceyhun Yusubov, Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə fasiləsiz olaraq 24 saat ağstafalılara xidmət göstərəcək marketin rəsmi açılış mərasiminə özəl 100 məhsulda tam 50% endirim kampaniyası təqdim olunur.
Mağazada, o cümlədən təzə ət və ət məhsulları, şirniyyat bölməsində istehsal olunan müxtəlif çeşiddə şirniyyat növləri istehlakçılara təklif olunur.