Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında mitinq zamanı partlayış hazırlamaq ittihamı ilə 25 yaşlı gənci saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin kriminal polis idarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü D.X. partlayış hazırlamaqda təqsirli bilinərək saxlanılıb”, - deyə məlumatda qeyd olunur.