Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva Qazaxıstanın Kenjeqali Sagadiyev adına Biznes Universitetində olublar.

"Unikal" xəbər verir ki, ATMU əməkdaşlarının səfər proqramına universitetlərarası beynəlxalq tərəfdaşlığın prioritetləri, o cümlədən elmi proqram və layihələrin strateji məqsədləri məsələsi daxil idi. Görüş çərçivəsində tələbələrin beynəlxalq təcrübə proqramlarına cəlb olunması, birgə elmi konfransların təşkili və potensial əməkdaşlığı şərtləndirən sahələrə də münasibət bildirilib. Qlobal akademik şəbəkələrdə fəal iştirak və ortaq layihələrin inkişaf etdirilməsi məsələləri günün tələbi kimi dəyərləndirilib. 

Qazaxıstanın Biznes Universitetində baş tutan müzakirələrdə ali təhsil müəssisəsinin Beynəlxalq Elmi Proqramlar Mərkəzinin direktoru Fariza İsmayılova və Keyfiyyətə Təminat Mərkəzinin rəhbəri Kenzhekan Kabdeshov iştirak ediblər.