"Qərb diplomatları Türkiyədə iğtişaşlar yaratmağa çalışırlar".
"Unikal" "Aydınlık" qəzetinə istinadən yazır ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib.
Belə ki, Daxili İşlər Nazirliyinin sabiq rəisi 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı etdiyi hərəkətlərə münasibət bildirib. O əlavə edib ki, bu barədə ilk dəfə danışır, lakin bu aksiya sayəsində Türkiyə tərəfi uğur qazanıb. Soylu qeyd edib ki, fövqəladə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisinə daxil olmasını qadağan edib.
"Bircə dənə də olsun Qərb diplomatını iğtişaşları qızışdırmaq istədikləri üçün Cənub-Şərqi Anadoluya buraxmadım", - Soylu ifadə edib.
Gülayə Mecid