"Ukraynada xüsusi əməliyyat başlayandan sonra Avropa liderləri mənimlə ünsiyyətdən yayınmağa başlayıblar".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
Lavrov noyabrda Rio-de-Janeyroda keçirilən İyirmilik Qrupunun (G20) sammitini misal çəkib. Onun sözlərinə görə, görüş zamanı Qərb nümayəndələri Rusiya tərəfi ilə müzakirələrdən uzaq durmağa üstünlük veriblər ki, bu da nazirin fikrincə, konstruktiv qarşılıqlı fəaliyyət imkanlarına xələl gətirir.
"Kimsə mənimlə danışan amerikalı və ya avropalı görəndə xoşagəlməz şəkildə baxırlar. Avropalılar məni görəndə ümumiyyətlə qaçırlar. Bu, G20-nin sonuncu sammiti zamanı baş verib. Onlar böyüklər idi, amma uşaq kimi davranırdılar. İnanılmazdır”, - deyə o, ifadə edib.
Eyni zamanda, Lavrovun sözlərinə görə, beynəlxalq tədbirlərdə bəzi amerikalı nümayəndələr onu salamlayır və bir neçə cümlə mübadiləsi aparırlar. ABŞ prezidenti Joe Biden administrasiyasının nümayəndələri ilə əlaqə saxlayıb-yaxmadığını soruşduqda, nazir "onların karyerasını məhv etmək istəmədiyini" deyib.
Gülayə Mecid