İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 282 min insanın yaşadığı Palu şəhərindən 306 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.