Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gürcüstanda yaşayan azərbaycanlı hüquq müdafiəçisi Samirə Bayramovanın iddialarına cavab verib. 

"Unikal"ın məlumatına görə, qurumun yaydığı məlumata əsasən, Varşava-Tbilisi reysi ilə uçan təyyarənin Zvartnots hava limanına məcburi enişindən sonra Samirə Bayramova Ermənistan sərhədçiləri ilə əlaqə saxlamayıb. Bu barədə Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq ölkənin Milli Təhlükəsizlik Xidmətində məlumat verilib.

"Bu reysdə olan 122 sərnişindən 110-u Ermənistana daxil olmaq arzusunu bildirib, bu proses müəyyən olunmuş qaydada sərhədçilər tərəfindən həyata keçirilib. Vətəndaş Samirə Bayramova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına heç bir sualla müraciət etməyib və sərhəd nəzarəti məntəqələrinə yaxınlaşmayıb”, - deyə Milli Təhlükəsizlik Xidmətindənn bildirilib. 

Bayramova bir müddət əvvəl sosial şəbəkələrdə yazıb ki, Gürcüstan vətəndaşı olsa da milliyətinə görə Ermənistana buraxılmayıb.

Xatırladaq ki, noyabrın 24-də Varşava-Tbilisi reysi əlverişsiz hava şəraiti səbəbindən Zvartnots hava limanına təcili eniş edib.