Avstraliyanın Melburn şəhərində 37 yaşlı Sahar Xalili dörd il ərzində supermarketlərin yaxınlığında yerləşdirilən zibil qutularından yemək yeyib.
"Unikal" "The Sun" nəşrinə istinadən xəbər verir ki, qadın bu yolla pula və yeməyə qənaət etməyə çalışıb.
Belə qidalanma ideyası 2019-cu ildə mağazanın çörək sexində işə düzəldikdən sonra yaranıb. Sahar orada hər gün xarab olmayan çörəyin atıldığını görüb.
"Avstraliyalılar hər il 7,6 milyon ton qida israf edir, bunun 70%-i yeməli olur", - deyə o, qida xilasetmə təşkilatı "OzHarvest"in statistikasına istinad edərək bildirib.
Qadının fikrincə, yalnız yeni atılan yeməkləri yeyə bilərsiniz. Xalili bildirib ki, əvvəllər yemək üçün həftədə 75 funt sterlinq (162 azn) xərcləyirdisə, zibil qutusunda dörd il ərzində 16 min funt-sterlinqə (34 728 AZN) qənaət edib.
Gülayə Mecid