Kanada parlamenti Ukraynaya hərbi yardım üçün 764 milyon Kanada dolları (təxminən 587 milyon ABŞ dolları) ayırmağa qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb. 

Qeyd edilir ki, bu məbləğ müxtəlif məqsədlər, o cümlədən milli müdafiənin gücləndirilməsi üçün 21 milyard Kanada dolları (təxminən 14,4 milyard ABŞ dolları) daxil olmaqla əlavə xərclər paketinin bir hissəsidir.

Kanadanın müdafiə naziri Bill Bleyr aydınlaşdırıb ki, vəsait Ukraynanın qələbəsini təmin etmək üçün sursat, Ukrayna hərbçilərinin təlimi və digər zəruri vasitələrə sərf olunacaq.