Gündə ən azı 400 qr tərəvəz və meyvə yemək vərdişi infarkt, insult, bədən çəkisinin və xolesterin səviyyəsinin artması, xərçəng, şəkərli diabet və purin mübadiləsinin inkişafı riskini azaldır.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Tibb Mərkəzinin EMC-nin qastroenteroloqu, tibb elmləri namizədi Natalya Xarçenko “İzvestiya”ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, bir yetkinin gündə 800-1000 qr tərəvəz və meyvə yeməsi lazım olduğunu vurğulayıb. Mütəxəssis qeyd edib ki, bu miqdarın həddindən artıq azalması və tərəvəz və meyvələrdən imtina öz növbəsində sağlamlığa mənfi təsir göstərir, artıq çəkidən qurtulmağa mane olur və rifahı pisləşdirir.

"Ancaq bir neçə nüans var. Birincisi, hər gün nişastasız 400 qr tərəvəz yemək vacibdir. Bunlar kələm, yerkökü, çuğundur, pomidor, xiyar, soğan, balqabaqdır. İkincisi, 250 qr kartof olmalıdır. Qalan 280 qr meyvələrdir. Üstəlik, bunların şəkərsiz alma və sitrus meyvələri olması arzu edilir", - nəşrin həmsöhbəti aydınlıq gətirib.

O izah edib ki, banan, şaftalı, manqo və böyük miqdarda digər şirin meyvələr bədəndə fruktoza miqdarını artıran sürətli karbohidratlardır. Ancaq bir yetkin üçün tərəvəzin orta miqdarı 800-1000 qr olarsa, uşaqlar üçün fərqlidir. Məsələn, bir yaşdan üç yaşa qədər uşaqlar üçün 100 qr tərəvəz və meyvə, 4-10 yaşlı uşaqlar üçün təxminən 200 qr, 11-17 yaşlı uşaqlar üçün təxminən 250 qr kifayətdir.

"Tərəvəzlər vitaminlər, minerallar və lif mənbəyidir - bağırsaqlar üçün faydalı olan qaba və yumşaq pəhriz lifləri, həmçinin flavonoidlər. Yadda saxlayın: nə qədər müxtəlif tərəvəz və meyvələr yeyirsinizsə, orqanizminiz bir o qədər çox vitamin, üzvi turşu və pəhriz lifi alır", - deyə mütəxəssis yekunlaşdırıb.

Gülayə Mecid