Mədə ağrısı şikayəti ilə getdiyi xəstəxanada xərçəng olduğunu öyrənən türkiyəli müğənni Ankaralı Turqut dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, uzun müddətdir reanimasiyada olan Turqut 61 yaşında vəfat edib.

Müğənni sabah Mamak Ortaköy qəbiristanlığında dəfn ediləcək.