ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini andiçmə mərasiminə dəvət etməyib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

"Ancaq o, gəlmək istəsə, onu qəbul etmək istərdim. Yəni, onu dəvət etməmişəm", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Çin prezidenti Si Cinpinin bu mərasimdə iştirak edib-etməyəcəyini də deyə bilməz. 

Qeyd edək ki, Trampın andiçməsi 2025-ci il yanvarın 20-də keçiriləcək.