Polşa və Ukrayna yaxın günlərdə yeni sərhəd keçidini açacaq.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Volodimir Zelenski ilə Lvovda görüşündən sonra bildirib.

"Bunun praktiki əhəmiyyəti var ki, müharibəyə baxmayaraq, biz indi, xüsusən də bayram ərəfəsində sadə insanların maraqlarını düşünür və hərəkət edirik", - deyə Tusk bildirib.

Hazırda Polşa-Ukrayna sərhədində 13 buraxılış məntəqəsi var - 7 avtomobil və 6 dəmir yolu.