İndiyə qədər 6218 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, namizədliyi irəli sürülənlərdən 263 nəfərin nаmizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan 3524 nəfərə imza vərəqələri verilib, 763 nəfər imza vərəqələrini qaytarıb.