Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın paytaxtı Dəməşqə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Bildirilir ki, səfər çərçivəsində Türkiyə lideri “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani ilə görüşəcək.
"Dövlət Hava Limanları İdarəsi və Türk Hava Yollarından (THY) bir qrup Dəməşqə gedərək yoxlamalar aparıb. Komanda daha sonra Hələb Beynəlxalq Hava Limanından keçərək orada yoxlamalar aparıb. Dəməşqdəki mənbələr Ərdoğanın yaxın 15 gün ərzində Əməvi məscidini ziyarət edə biləcəyini bildirir. Ərdoğan üçün Həma, Homs və İdlib xətti boyunca fövqəladə hava və quru mühafizə qalxanı yaradılacaq. Türk radarları da işə salınacaq və bütün hava hərəkətliliyi nəzarətə götürüləcək", - KİV-də qeyd olunub.
Gülayə Mecid