Bu gün Misli Premyer Liqasında mövsümün ilk yarısında sonuncu - 18-ci tur start götürüb.

"Unikal" xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Qış fasiləsinə hamıdan tez "Kəpəz" ilə "Sumqayıt" çıxıb. Belə ki, Gəncə təmsilçisi Tovuzda "kimyaçılar"ı qəbul edib. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, tura 22 dekabrda yekun vurulacaq.