Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Yeni Azərbaycan Partiyası Goranboy rayon şöbəsi ilə birgə Goranboy şəhərində ağacəkmə aksiyası keçirildi.

"Unikal" xəbər verir ki, aksiyada, icra başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, qazilər və YAP rayon fəalları iştirak etdilər.