Parisdə Eyfel qülləsində yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə nəticəsində 1200 ziyarətçi təxliyə edilib. Eyfel qülləsinin idarəedici şirkətinin məlumatına görə, yanğına səbəb ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində yaranan qısaqapanma olub.

Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub. Ziyarətçilərdən heç biri xəsarət almayıb. Qeyd olunur ki, birinci və ikinci mərtəbələr bu gün ziyarətçilər üçün açıq olacaq. Qüllənin zirvəsinə aparan keçid isə daha sonra açılacaq.

Ağarza Elçinoğlu