Pakistan ordusunun Əfqanıstanın şərqindəki Paktika əyalətində həyata keçirdiyi bombardman nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla ən azı 46 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, Əfqanıstandakı Taliban administrasiyası qonşu ölkədən qisas alacaqlarını açıqlayıb. Taliban Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xorazmi bu hücumun beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirərək, “Əfqanıstan bu vəhşi hərəkəti hücum kimi qiymətləndirir. İslam Əmirliyi bu qorxaq hücumu cavabsız qoymayacaq", - deyib.
***09:46
Pakistan təyyarələri Əfqanıstanın şərqindəki Paktika əyalətinin Barmal rayonunu bombalayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Khaama Press" informasiya portalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, dekabrın 24-nə keçən gecə rayonun 7 yaşayış məntəqəsinə hücumlar həyata keçirilib. Ləman kəndi tamamilə dağıdılıb, rayon mərkəzindəki mərkəzi bazara ziyan dəyib. Çoxlu sayda itki var. İnsanlar hələ də dağıntılar altında qaldığından onların sayı arta bilər.
Yerli sakinlər partlayışın Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən həyata keçirildiyini iddia edirlər.
Portalın məlumatına görə, hücumun hədəfi Pakistan Vəziristanından olan qaçqınlar olub.
Gülayə Mecid