Rusiya prezidenti Vladimir Putin MDB üzvü olan ölkələrin liderlərinin qeyri-rəsmi görüşü zamanı Qazaxıstanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Rusiya lideri deyib:

"Faciə bu gün Aktauda baş verib. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Gəlin onların sağalacağına ümid edək”.

O, hadisə ilə bağlı hərtərəfli araşdırma aparılacağına əminliyini ifadə edib.

Dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu. 

Gülayə Mecid