Novi Sadda dəmiryol vağzalının dağılmasına etiraz edən serblər hökumət binaları və Serbiya Xarici İşlər Nazirliyinin qarşısındakı küçələrdə nəqliyyatın hərəkətini bağlayıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tələbələrin Serbiya hökumətinin ofisinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin binalarının, habelə xarici ölkələrin səfirliklərinin və müxtəlif dövlət qurumlarının yerləşdiyi ən böyük küçələr Nemanina və Knez Milos küçələrinin kəsişməsinə toplaşıblar. 

Kütləvi aksiyanın təşkilatçıları faciə qurbanlarının xatirəsini 15 dəqiqəlik sükutla yad edəcəklərini, daha sonra isə Ali dövlət prokuroru Zaqorka Dolovaçdan hadisənin araşdırılmasını tələb edən min məktub göndərəcəklərini bildiriblər.

Qeyd edək ki, noyabrın 1-də  çSerbiyanın Novi Sad şəhərində dəmiryol vağzalının damının bir hissəsi uçub. Hadisə nəticəsində ən azı 8 nəfər həlak olub.

Gülayə Mecid