"Barselona"nın sağ cinah yarımmüdafiəçisi Ferran Torres zədələnib.
"Unikal" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Futbolçu La Liqanın 18-ci turunda "Atletiko" ilə oyunda əzələsindən zədə alıb.
Tibbi müayinədən sonra 24 yaşlı oyunçunun durumunun ciddi olmadığı məlum olub. Lakin Torres İspaniya kubokunun 1/16 finalında "Barbastro" ilə görüşdə (4 yanvar) komandasına kömək edə bilməyəcək. Bildirilir ki, onun ölkə Superkubokunun yarımfinalında “Atletik”lə matçda (yanvarın 8-də) iştirakı da şübhə altındadır.
Qeyd edək ki, F.Torres bu mövsüm bütün yarışlarda 16 matça çıxıb, 5 qol vurub və 2 qolun ötürməsini verib.