Son oyunlardakı uğursuz nəticələrdən sonra "Barselona" dayaq yarımmüdafiəçisi axtarışına çıxıb.
"Unikal" xəbər verir ki, kataloniyalılar müdafiə meylli futbolçu ilə güclənmək niyyətindədir.
Komandanın baş məşqçisi Hans-Diter Flik klub rəhbərliyi ilə bu məsələ ilə bağlı müzakirələr aparıb. "Barselona"nın qısa namizəd siyahısında Nqolo Kante ("Əl-İttihad") və Leon Qoretska ("Bavariya") var.
Qeyd edək ki, komandanın maliyyə çətinlikləri üzündən qışda transfer etməsi çətin görünür. "Barsa" Dani Olmonun yanvarda qeydiyyatı üçün variantları nəzərdən keçirir.