Fransa millisinin və "Barselona"nın sabiq futbolçusu Samuel Umtiti karyerasını bitirməyi düşünür.
"Unikal" xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Müdafiəçinin 31 yaşında bu qərara gəlməsinə onun dizindəki xroniki zədə səbəb olub.
"Lill"in futolçusu fevral və avqsut ayında dizindən əməliyyat edilib və 2024-cü ildə cəmi 1 oyunda meydana çıxıb.
Qeyd edək ki ki, 2016-2023-cü illərdə "Barselona"da çıxış edən Umtiti "Lion" və "Leççe"də də oynayıb.