Türkiyə, Rusiyaya gedən “Cordelia Moon” tankerində yaranmış nasazlıq səbəbindən Bosfor boğazında dayandırılmış gəmilərin hərəkətini bərpa edib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa KİV-i xəbər yayıb.
Daha əvvəl Panama bayrağı altında üzən tankerin mühərrikində texniki nasazlıq səbəbindən boğazın tranzit üçün müvəqqəti bağlandığı bildirilib. Türkiyə Nəqliyyat Nazirliyi bildirib ki, hadisə yerinə yedək gəmilər göndərilərək problemi olan gəminin təhlükəsizliyi təmin edilib.