Danimarka, Fransa və Litva Ukrayna silahları üçün 150 milyon avro ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umyerov açıqlayıb.
Vəsaitlər raketlərin, dronların və artilleriya qurğularının istehsalına yönəldiləcək.
"Ukrayna müdafiə sənayesini maliyyələşdirmək üçün Danimarka, Fransa və Litvadan 150 milyon avrodan çox vəsait alıb", - nazir bildirib.
Ağarza Elçinoğlu