Fələstin hökuməti Qətərin Əl-Cəzirə telekanalının ölkə ərazisində yayımını dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Məlumata görə, Fələstinin Daxili İşlər, Mədəniyyət və Rabitə nazirliklərinin əməkdaşlarından ibarət komitə kanalın yayımının müvəqqəti qadağan edilməsi ilə bağlı qərar qəbul edib.

Komitənin fikrincə, Əl-Cəzirə dəfələrlə təxribat xarakterli reportajlar yayımlayıb, həmçinin yalan məlumatlar yayıb və hökumətə qarşı üsyana çağırış edib.