Monteneqroda silahlı insidentdə 7 nəfər ölüb

"Unikal" xəbər verir ki, bu barədə RTCG portalı məlumat yayıb.

Qeyd olunur ki, artıq şəxsiyyəti müəyyən edilən 45 yaşlı şəxs hadisə yerindən qaçıb. Polis onu axtarışlarını davam etdirir. Məlumata görə, atışmaya səbəb kafedə müştərilər arasında yaranmış mübahisə olub.

Monteneqronun Baş naziri Miloyko Spajiç yeddi nəfərin ölümü ilə nəticələnən atışmadan sonra ölkədə üç günlük matəm elan edib.