Moskvada Suriyanın devrilmiş eks-prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Əsədinvəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
“Hələlik cinayətin siyasi və ya ailədəki münaqişə ilə bağlı olub-olmadığı məlum deyil. İddialara görə, Əsma Əsəd boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - deyə məlumatda yazılıb.
Qeyd olunur ki, onların Suriyanın keçmiş başçısını zəhərləməyə çalışdıqları zəhər hələ müəyyən edilməyib. Onun nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirdiyi məlum olub.
İndiyədək eks-prezidenti siyasi rəqiblərdən tutmuş ailə üzvlərinə qədər kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.
Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazıb.