Avropanın avtomobil bazarındakı böhran İtaliyaya da təsirsiz ötüşmür. Belə ki, 2024-cü ildə İtaliyada avtomobil satışları azalıb.

"Unikal" xəbər verir ki, ötən il İtaliyada 1,55 milyon yeni avtomobil qeydiyyata alınıb. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 0,5 faiz, pandemiya dövründən əvvəlki illərə görə isə 18,7 faiz azdır. Təkcə dekabrda ölkədə 105 min 715 avtomobil qeydiyyata alınıb, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azdır.

“Stellantis” şirkəti 2024-cü ildə İtaliyada 452 min 615 avtomobil satıb ki, bu da 2023-cü illə müqayisədə 9,9 faiz azdır. Keçən il şirkətin bazar payı 2023-cü ilə görə 3 faiz azalaraq 29 faiz təşkil edib.

İl ərzində İtaliyanın digər avtomobil brendlərinin də satışlarında azalma müşahidə olunub. Ən çox üstünlük verilən avtomobillər isə yenə də ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələri olub. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, Avropa İttifaqının 10 ildən sonra görmək istədiyi “sıfır emissiyalı” avtomobillərin yanacaqla işləyən avtomobilləri tamamilə əvəz etməsi uzaq görünür.