Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Goran qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Məmmədova Səriyyə Mübariz qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Təcili xəstəxanaya çatdırılan qadın süni nəfəs aparatına qoşulub. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov