İsrail ordusu Qəzza zolağında yeraltı silah emalatxanasının və Fələstin HƏMAS hərəkatının dörd üzvünün ləğv edildiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə İDF "Telegram" kanalında məlumat paylaşıb.
"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzindəki Deyr əl-Bəlahda avtomobildə 4 silahlı Həmas terrorçusuna qarşı dəqiq və kəşfiyyata əsaslanan zərbə endirib", - məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, İDF əsgərləri yaraqlıların silah istehsal etdiyi həmin ərazidə yeraltı tunel aşkar ediblər. Daha sonra obyekt dağıdılıb.