Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1500kv.m. sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

***19:47

Mingəçevirdə keçmiş köçkün şəhərciyinin yaxınlığında yanğın olub.

"Unikal"ın məlumatına görə, yanğın hadisəsi Heydər Əliyev prospektində, köçkün şəhərciyi ilə Yevlağın Havarlı kəndi arasındakı ərazidə baş verib.

FHN-nin Yanğınsöndürmə briqadaları alovu ram edərək ətraf ərazilərə yayılmasına imkan verməyib.

Yanğının hansı səbəbdən baş verdiyini açıqlanmayıb. 

Ehtiram Muradov