Qaxda "Mercedes Vito" ağaca çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca dəyib. Hadisə zamanı Balakən rayon sakinləri 1987-ci il təvəllüdlü Telliyev Elvin Cavanşir oglu və 2008-ci il təvəllüdlü Göylərova Günel Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Qax rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Seymur Əli