Almaniyada fevralın 23-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri öncəsi kansler Olaf Şoltsun Moskvaya səfəri istisna edilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
Bundestaqın deputatı Roderix Kizevetter (Xristian Demokratik İttifaqı) yanvarın 4-də X-də yazıb ki, Şoltsun fevralın 23-dən əvvəl Rusiya lideri Vladimir Putinlə görüşmək planları haqqında getdikcə daha çox məlumat ortaya çıxır. Bundan əlavə, o, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Putin arasında görüşün “mart ayına planlaşdırıldığını” iddia edib.