Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 17 km şimalda,  Azərbaycanla-İran sərhəddində (İran ərazisində) zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.

*** 23:45

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb. 

Bu barədə "Unikal"a Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Qeyd olunub ki, zəlzələ 3,6 bal gücündə qeydə alınıb. Yeraltı təkanların dərinliyi 22 km olub.

*** 23:41

Cəlilabad rayonunda zəlzələ hiss olunub.

"Unikal"ın məlumatına görə, yeraltı təkanlar 23:23-də qeydə alınıb. 

Xəlil Əliyev